Naxçıvanda tanklar hərəkətə gətirildi, helikopterlər havaya qaldırıldı – FOTO

Azərbaycan Respublikası Silahlı Qüvvələrində keçirilən komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonunun qoşunları fəaliyyətlərini davam etdirir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün cəmləşmə rayonlarına çıxarılıb.

Təyin edilmiş məntəqə və rayonlarda idarəetmə məntəqələri açılaraq qoşunların idarə edilməsi həyata keçirilib. İdarəetmənin bir məntəqədən digərinə ötürülməsi məşq etdirilib.

Birləşmə və hissələrin komplektləşdirilməsi üzrə səfərbərlik tədbirləri qismən yerinə yetirilib. Komplektləşdirmə zamanı bəzi azsayılı ixtisaslı hərbi vəzifəlilərin çağırışı praktiki həyata keçirilib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>