Ölüyə quran oxumaq olarmı?

Qurani-Kərim Uca Allahın bütün insanlara göndərdiyi öyüd-nəsihətdir, hər kəs onu oxuyaraq ibrət almalıdır. Uca Allah Quranı ölülər üçün yox, diri insanlara göndərmişdir ki, insanlar doğru yola yönəlsinlər. Yasin surəsi səhvən ölülər üçün oxunsa da, Uca Allah Yasin surəsində belə buyurur: "Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki, diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin". (Ya Sin, 69-70).
Milli.Az zikr.az-a istinadən bildirir ki, ona görə də, Quranı ölülər üçün oxumaq dində peyğəmbərin (Allahın ona salavatı və salamı olsun), onun əhli-beytinin və səhabələrinin (Allah onlardan razı olsun)  etmədiyi bir şeyi etməkdir, bu isə böyük günahlardan biri olan bidətdir (dində yenilik). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hər bir bidət (dində yenilik) zəlalət, hər bir zəlalət isə Cəhənnəm odundadır". Başqa bir hədisdə isə: "Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar". (əl-Buxari və Muslim).
Ölüyə yaxşılıq etmək istəyən aşağıdakı hədisdə deyilənləri edə bilər: Sə'd (Allah ondan raz olsun) rəvayət edir ki, (bir gün) o, Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanı­na gəlib dedi: "Ey Allahın Elçisi! Anam vəfat etmiş və vəsiyyət etmə­miş­dir, mənim onun əvəzindən sədəqə verməyim ona fayda verər?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Bəli, su sədəqə et!" (ət-Tabərani "Mu'cəmul-Əvsat", 8061).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>