Yaxın 20 ildə insan və kompüter vəhdət təşkil edəcək

"Google" şirkətinin futurizm və süni intellekt məsələləri üzrə mütəxəssisi Rey Kursveyl bu yaxınlarda Beynəlxalq münasibətlər üzrə şurada çıxışı zamanı bildirib ki, bəşəriyyətin kompüterlərin üsyanından qorxmasına ehtiyac yoxdur. Bundan başqa, gələcək məhz süni intellektlə bağlıdır. Onun sözlərinə görə, bu gün insanlar daha yaxşı inkişaf ediblər və müasir dünyada aclıq və yoxsulluq göstəricisi bəşəriyyətin bütün tarixi üzrə daha azdır. 3 milyard istifadəçi smartfondan istifadə edir, bir neçə il sonra bu göstərici 6  milyarda yaxınlaşacaq. Həmçinin Kursveyl hesab edir ki, gələcəkdə biz daha az bioloji varlıq olacağıq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssisin fikrincə, insanlar həmişə inkişaf edirlər. O əmindir ki, insanların təkamül prosesində növbəti mərhələ insan bədəni ilə texnologiyaların inteqrasiyası olacaq. İnsan və robotun hibridi metaldan hazırlanmış  bədheybət olmayacaq: Kursveyl insan beyninə çip implantasiyası haqda məlumat verib. Məsələn, biz indi smartfon və ya "ağıllı" kolonkaya səsli komanda veririk: "Google, Çində hava necədir?". Gələcəkdə lazımi informasiyanı əldə etmək üçün sadəcə bu haqda düşünmək kifayət edəcək. Rey Kursveyl əmindir ki, robot həkimlər 2029-cu ilədək insan beynini bulud xidmətlərinə qoşmağa başlayacaq.

Bir çoxları deyə bilər ki, bu, yalnız bir insanın fantaziyasıdır. Amma Rey Kursveyl texnologiya və gələcək haqda yüzlərlə proqnoz verib və onların 90%-i həyata keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>