Kiçik Tramp “WikiLeaks”lə yazışmalarını açıqladı

Donald Trampın oğlu 2016-cı il seçkilərindən əvvəl qalmaqallı "WikiLeaks" saytı ilə yazışmalarını yayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "The Atlantic" jurnalı atasının adını daşıyan kiçik Trampın seçki ərəfəsində "WikiLeaks"lə əlaqəsinin olması barədə yazı dərc edib. Bundan sonra Tramp yazışmalarını açıqlamağı qərara alıb və bunları "Twitter" səhifəsində yerləşdirib.
 
Yazışmalardan görünür ki, "WikiLeaks" kiçik Tramp ilə 2016-cı il sentyabrın 20-də əlaqə qurub və hansısa sayt barədə ona məlumat verib. D. Trampa bildirilib ki, həmin sayt vaxtilə İraq savaşına dəstək verib, o isə cavab verib ki, onları tanımır, amma bu barədə soruşacaq.  
 
2016-cı il oktyabrın 3-də "WikiLeaks"dən D. Trampa məktub gəlib ki, Hillari Klintonun Culian Assanjı ("WikiLeaks"in yaradıcısı) aradan götürmək üçün pilotsuz aparat göndərəcəyi barədə açıqlamasını yaymaq və şərh etmək lazımdır. D. Tramp cavabında bildirib ki, artıq bunu edib. C. Assanjın Avstraliyanın ABŞ-dakı səfiri təyin olunmasına köməklik göstərilməsi və digər təkliflərinə isə kiçik Tramp cavab verməyib.  
 
Xatırladaq ki, seçki ərəfəsində "WikiLeaks" ABŞ demokratlarının gizli yazışmalarını və digər sənədlərini yayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>