Zimbabvedə hərbçilər bezdilər,

Zimbabvedə hərbçilər hakimiyyəti ələ keçirdiklərini deyirlər.

Milli.Az CNN-ə istinadən bildirir ki, bu barədə dünən yerli ZBC telekanalının canlı yayımında açıqlama verilib.

"Məqsədimiz prezident Robert Muqabeni devirmək yox, onun ətrafındakı cinayətkarların qanun qarşısında cavab vermələrini təmin etməkdir. Prezident indi tam təhlükəsizlikdədir", – hərbçilər deyiblər.

Maliyyə naziri İqnatius Çombonu hərbçilər həbs ediblər. İ.Çombo ölkədə iqtidarda olan Zimbabve Afrika Milli İttifaqı – Vətənpərvər Cəbhənin (ZANU) fraksiyalarından birinin rəhbəridir.

Dünən səhər saatlarında ölkə paytaxtı Hararenin küçələrində hərbi texnika peyda olub, atışma səsləri eşidilib.

Atışma 93 yaşlı prezident Robert Muqabenin iqamətgahının qarşısında olub.

Hərbçilərlə ölkə rəhbərliyi arasındakı münaqişənin səbəbi vitse-prezident Emmerson Mnanqaqvanın istefasıdır.

Noyabrın 13-də Zimbabve silahlı qüvvələrinin komandanı, ordu generalı Konstantino Çivenqa bəyan etmişdi ki, ZANU partiyasında həmfikirlərinin cəzalandırılmasına imkan verməyəcək.

K.Çivenqa istefaya vadar edilmiş E.Mnanqaqvanın postuna prezident Muqabenin xanımı Qreys Muqabenin təyinatına etiraz etmişdi.

Zimbabvedəki hərbçilər arasında çox nüfuzlu təşkilat sayılan Ordu Veteranları Cəmiyyətinin sədri Kris Musvanqa müraciət yayıb. O, Cənubi Afrikadakı ölkələri Zimbabve hərbçiləri ilə əməkdaşlığa dəvət edib.

93 yaşlı Robert Muqabe 1987-ci ildən bəri Zimbabve prezidentidir.

 Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Zimbabvedə hərbçilər bezdilər,hakimiyyəti ələ keçirdilər

Zimbabvedə hərbçilər bezdilər,hakimiyyəti ələ keçirdilər -1

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>