Zaur canlı yayımda 4500 manat ziyana düşdü – FOTOFAKT

Ötən gün "5/5" verilişinin qonaqlarından biri əməkdar artist Nüşabə Ələsgərli olub.

Milli.Az xəbər verir ki, təxminən 10 gün öncə verilişində xanım müğənni ilə mərc edən Zaur Kamal Nüşabə Ələsgərliyə canlı yayımda 4500 manat verib.

Belə ki, Zaur yenidən efirə dəvət etdiyi müğənnini tərəziyə çıxarıb. Nüşabə Ələsgərli "Zaur demişdi çəkin 90 kiloqramdan aşağı gəlsə, mən 5 min dollar verəcəm sənə. Mənim Zaura yazığım gəlir. Zaur, ona görə də pulu elə milli valyutamızla verərsən – 5 min manat" deyib. Tərəziyə çıxan müğənninin çəkisi 77 kiloqram gəlib və beləcə Zaur mərci uduzmuş olub. Aparıcı "Bəs 72 kilo olduğunu deyirdin? Mən pulun üstündən bir az götürəcəm ona görə də. 4500, mən halal adamam. Mən uduzdum. Gözəl günlərə xərclə" deyərək, tamaşaçıların gözü önündə pulu müğənniyə təqdim edib.

Lakin Nüşabə Ələsgərli "Zaur, mən pulu evə apara bilmərəm. Prodüserimə təqdim edəcəm. Özü bilir, xüsusi yerlər var, ora təqdim olunacaq" deyib.

Verilişdən həmin kadrları təqdim edirik:

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>