Rusiyalı aktyor vəfat edib

SSRİ-nin və Rusiyanın teatr və kino aktyoru, RSFSR xalq artisti Vitali Şapovalov keçirdiyi cərrahi əməliyyatdan sonra 79 yaşında vəfat edib.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə mərhumun çalışdığı teatrdan bildiriblər.

Aktyorun son günlər səhhətində ciddi problemlərin müşahidə olunduğu qeyd edilir.

1968-cı ildə Şükin adına Teatr Məktəbini bitirən V.Şapovalov onlarla ekran əsərində rol alıb. Bunlar arasında "Evə gedən yol" filmini, "Kamenskaya" serialını, "Puqaçov"u, "Usta və Marqarita"nı, "Boris Qodunov"u və s. teatr tamaşalarını qeyd etmək olar.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>