Bakıda 11 mindən çox sürücü avtomobili sərxoş idarə edib

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 2017-ci il yanvarın 1-dən noyabrın 11-dək Bakı şəhəri üzrə keçirilən tədbirlər nəticəsində 590 mindən artıq inzibati protokol tərtib edilib.

Milli.Az bildirir ki, bu barədə özəl olaraq Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, 11 mindən artıq sürücü avtomobili sərxoş idarə etdiyinə görə, 6218 sürücü ötmə, manevr etmə qaydalarının pozulmasına, 127 568 sürücü yolayrıcını keçmə qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilib.

Bundan başqa, 83 567 piyada saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>