Qazaxıstanın universitetində Azərbaycan dili tədris olunacaq – FOTO

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunda Baş konsulluğun rəhbəri Elxan Zeynalov ilə Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Axmetov arasında görüş keçirilib.

Milli.Az bildirir ki, baş konsulluqdan Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və genişləndirilməsi, həmçinin Baş konsulluq ilə Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universiteti arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Müzakirələr əsasında Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində Baş konsulluq tərəfindən yaradılmış "Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi"nin fəaliyyəti yüksək qiymətləndirilib, Baş konsulluq tərəfindən təsis edilmiş və hər il Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin beş tələbəsinə Heydər Əliyev adına bir dəfəlik təqaüdün verilməsi rəğbətlə qarşılandığı və tələbələr arasında bir stimul yaratdığı vurğulanıb.

Görüşdə Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universiteti ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti arasında əlaqələrin genişləndirilməsi, tələbə və pedaqoqların təcrübə mübadiləsinin aparılması, Azərbaycan ali təhsil müəssisələrindən Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetdə mühazirələrin oxunması üçün pedaqoqların dəvət olunması məsələlərinin Azərbaycan Respublikasının müvafiq qurumları ilə razılaşdırılması qərara alınıb.

Görüşdə həmçinin Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən "Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi"ndə nəzdində Azərbaycan dilinin tədris edilməsi, 2018-ci ildə universitetdən Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirin keçırılməsi razılaşdırılıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>