“Başımı nəvələrimlə qatıram” – Səhnədən gedən əməkdar artist

Əməkdar artist Kübra Əliyevanın Azərbaycanı tərk etməsi haqda xəbər yayılmışdı.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisanın Türkiyəyə qızının yanına köçdüyü bildirilmişdi. 

Bu yaxınlarda keçmiş aparıcı İlham Mirzəyevin oğlunun ad günü mərasimində K.Əliyeva da yer alıb. Aktrisa əməkdaşımızla söhbətində heç vaxt Bakıdan getmədiyini deyib:

"Niyə vətənimi tərk edim ki? Yalan yayılan xəbər idi. İndi də Türkiyəyə tez-tez gedirəm. Həm müayinə oluram, həm də qızımın yanında qalıram. Heç vaxt da Azərbaycandan getmərəm. Vətənindən gedənləri heç sevmirəm".

Uzun müddətdir səhnədən uzaq qalan Əliyeva darıxdığını etiraf edib:

"Mənim üçün çətindir. Bu yaxınlarda "Bu şəhərdə"nin konsertində səhnəyə çıxdım. Tamaşaçılar məni ayaqüstə alqışladı. Adamın ürəyi parçalanır. Amma istirahət etmək mənim də haqqımdır. 68 yaşım var, mənə də dincəlmək lazımdır. Hələ onkoloji xəstəliyi olan birinə bu daha çox lazımdır. Başımı nəvələrim, nəticələrimlə qatıram. Mən artıq aktriasalıq işini atmışam".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>