Həyətinə düşən yaralı qartalı

Cəlilabad rayonunun Göytəpə Qəsəbə sakini Nəriman İbrahimov həyətinə düşən yaralı qartal balasını sağaldaraq təbiətə buraxmaq istəyir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, o, bir müddət əvvəl həyətyani sahələrinə düşən bala qartalı hərəkətsiz halda aşkar edərək evə gətirib.
N. İbrahimov bildirir ki, bala qartalın qanadı zədəli olduğu üçün üça bilməyib. Müxtəlif dərmanlarla qartalı mülicə etdikdən sonra o sağlıb. Hazırda isə bu yırtıcı quş gün ərzində 2 kq-a yaxın ət yeyir.
Nəriman deyir ki, qartalı bəslədiyi müddət ərzində ovçulardan aldığı heyvan və quş ətlərini bala qartala yedizdirib. Hətta bir müddət həyətlərində olan ev quşlarından da kəsərək bala qartalı acından ölməməsi üçün qidalandırıb. Hazırda isə onu təbiətə buraxmaq istəyir.
Bala qartala 1 salylı ərazi üzrə Ekalogiya və təbbi sərvətlər şöbəsinin müfəttişləri baxış keçirdilər. Çöl quşunun sağlamlıgı bir daha təsdiqləndikdən sonra onu meşəlik ərazidə təbiətə buraxmaq üçün götürdülər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin