Azərbaycanda bu telekanala yeni rəhbər təyin edildi – FOTO

CBC telekanalına yeni baş direktor təyin edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Vüqar Xəlilov təyin olunub.

ATV telekanalının prezidenti, CBC TV-nin keçmiş baş direktoru Azər Xəlilov faktı APA-ya təsdiqləyib.
 
Onun sözlərinə görə, bu gün CBC telekanalının təsisçisi, "SOCAR Media" İctimai Birliyinin sədri Xalik Məmmədov V. Xəlilovu kollektivə təqdim edib.  
 
Qeyd edək ki, təcrübəli jurnalist Vüqar Xəlilov Azər Xəlilovun qardaşıdır.
 
V. Xəlilov "Radio Svoboda"da fəaliyyət göstərərkən 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya daxil olması və qoşunların Bakıda törətdikləri vəhşiliklər barədə dünyaya xəbər verən jurnalistlərdən biri olub.
 
O, 1995-ci ildən 2009-cu ilə qədər BBC ümumdünya xidmətinin rus redaksiyasında çalışıb.

Milli.Az 

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>