“Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə noyabr-dekabr aylarında görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, dünya şöhrətli vokal və estrada ifaçısı M.Maqomayevin 75 illik yubileyinə həsr olunmuş "Müslüm Maqomayev gənclərin ifasında" adlı müsabiqə keçirilir.

Müsabiqənin əsas məqsədi respublikamızda vokal və estrada oxuma sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, onların ifaçılıq səviyyələrinin yüksəldilməsi  və dəstəklənməsidir. 

Vokal  və estrada oxuma üzrə keçirilən müsabiqədə Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər iştirak edə bilərlər. Müsabiqə 1 turdan ibarət olaraq, 8-16 yaşlı uşaq və yeniyetmələr arasında 2 nominasiya (vokal və estrada oxuma) və 3 qrup (I qrup: 8-10 yaş, II qrup: 11-13 yaş, III qrup: 14-16 yaş) üzrə keçirilir. 

İştirakçıların çıxış proqramı və sənədlər 05 dekabr tarixindən gec olmayaraq Bakı şəhəri, M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinə göndərilməlidir. (AZ 1147, Bakı şəhəri, 9 mikrorayon Mir Cəlal küçəsi 105H. Telefon: 560-05-40, e-mail: M.M.26musiqimektebi@mail.ru ) 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>