“Qınayırlar ki, Məlahət ancaq kiçik rollara çəkilir”

Aktrisa Məlahət Abbasova "ATV kulis" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa proqramından danışıb:

"Bizimkilər türkiyəli məşhurları tanıyır. Məqsədim "Məlahətli söhbətlər" vasitəsiylə bizimkiləri də orada tanıtmaqdır. Görürəm ki, bura gəlib gedəndən sonra oradakılar məndən Alim Qasımovun, İlqar Muradovun disklərini istəyirlər".

Abbasova aparıcının "Təklif gəlsə, Azərbaycanda teatrda çalışmağa gələrsiniz" sualına "Bilmirəm… Nəyə? Tamaşa qurmağa gələrəm" cavabını verib.

M.Abbasova haqqında deyilən "Məlahət Abbasova ancaq kiçik rollara çəkilir" sözlərinə münasibət bildirib:

"Buna görə məni qınayırlar. Mən tamaşalar qoyuram və oynayıram. Mənim beş gündən artıq serialda çəkilməyim mümkün deyil. Serialların qazancı çox gözəldir. Bir çoxları buna görə teatrı buraxıb gedir. Amma mən istəmirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>