“Birbaşa uçuşların bərpa edilməsi turizmin inkişafına təkan verəcək”

Xarici işlər naziri Elmar Məmmədyarov Misirin Cənubi Sinay Vilayətinin qubernatoru, Şarm-əş-Şeyx şəhərinin meri Xalid Fudə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Azərbaycanla Misir arasında tarixi əlaqələrə toxunan nazir ölkələrimiz arasında mədəni və dini bağlılığının münasibətlərin inkişafına müsbət təsir göstərdiyini və əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu bildirib.

Azərbaycana xüsusi rəğbəti olduğunu bildirən Xalid Fudə Məhəmməd, iki ölkə arasında birbaşa uçuşların bərpa edilməsinin ikitərəfli əməkdaşlığı gücləndirəcəyini və turizmin inkişafına təkan verəcəyini dedi.

Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın cari vəziyyətinə nəzər salınıb və bu istiqamətdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Keçən il Misirə rəsmi səfərini və keçirtdiyi görüşləri xatırladan E.Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığa töhfə verdiyini bildirib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>