“Ideal” və Beauty bloger Eh Laleh`dən yeni bir layihə

Hər bir qadın daim ideal gözəlliyə sahib olmağın arzusunda olur. Hələ qədim dövrlərdən qadınlar gözəllik anlayışının fərqinə varmış və təravətli görünmək üçün təbii vasitələrlə özlərinə qulluq etməyə başlamışlar. Bu ənənə əsrlərlə davam etmiş və etməkdədir. Müasir dövrümüzdə isə minlərlə qulluq vasitələri var.

Ancaq gözəllik qədər sağlamlıq da vacibdir. Elə qulluq vasitələri var ki, sadəcə, müəyyən növ dərilər üçün nəzərdə tutulub və fərqli istifadə qaydaları var. Bunlardan xəbərdar olmaq üçün adətən kosmetoloqdan məsləhətlər almalı və ya informasiya vasitələri ilə istifadə etmək istədiyimiz məhsul haqqında məlumat axtarmalı oluruq.

Daim yeniliklərlə dəyərli qadınlarımızı sevindirən və öz sektorunun lideri olan İDEAL mağazalar şəbəkəsi məşhur beauty bloger Eh Laleh`in təqdimatında "İdeal Saat" layihəsini hər həftənin çərşənbə günü 20:00-da canlı yayınlamaqdadır. Layihənin məqsədi maarifləndiricidir – qadınlarımızı daha baxımlı və gözəl görünməyə təşviq etmək, bu istiqamətdə düzgün məsləhətlər verməkdir. Canlı yayım zamanı dəriyə qulluq və kosmetoloji vasitələr barədə məsləhətlər, ətirlər və digər parfümeriya məhsulları haqqında məlumat verilir. Davamlı olaraq layihəyə müxtəlif sahədən – şou biznes ulduzları, vizajistlər, kosmetoloqlar, beauty mütəxəssislər qonaq dəvət edilir. Canlı yayıma qoşularaq suallarınızı ünvanlaya, mağazamızda satışda olan məhsullar haqqında məlumat əldə bilərsiniz.

İDEAL mağazalar şəbəkəsi təkcə bununla kifayətlənmir. Hər həftənin şənbə günü 13:00-da canlı yayımla "İdeal'da məni tap!" müsabiqəsi keçirilir. Eh Laleh`in təqdimatında İDEAL mağazasının hər hansı bir filialında hədiyyə öz qalibini gözləyir. Müsabiqədə hər kəs iştirak edə bilər. Canlı yayım zamanı bloger məhsullar haqqında məlumat verən vaxt filialın yerini ilk müəyyən edib yaxınlaşan şəxsə mağazamızdan qiymətli hədiyyələr təqdim edilir.

Hələ bu harasıdır? Önümüzdəki aylarda bir-birindən maraqlı yeni layihələr öz yolunu gözləyir.

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>