Çin süni intellekt sahəsində lider olacaq

"Google Alphabet" şirkətinin rəhbəri Erik Şmidt çinli mütəxəssislərin süni intellektin yaradılmasında yüksək bacarıq və qabiliyyətə malik olduqlarını bildirib. O hesab edir ki, Çin 2025-ci ilədək süni intellektin hazırlanması sahəsində ABŞ-a çatacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, E.Şmidtin sözlərinə görə, Çinin süni intellekt sahəsində lider olmasına az vaxt qalıb.

Məlumata görə, süni intellekt və təhlükəsizliyə həsr edilən forum çərçivəsində çıxış edən şirkət rəhbəri qeyd edib ki, süni intellektin inkişafında hərbi və digər dövlət sifarişçiləri ilə yanaşı, özəl şirkətlər böyük rol oynayır. "Çin mütəxəssisləri ABŞ-ın "Microsoft", "IBM", "OpenAI" və "Facebook" kimi nəhənglərinin nailiyyətlərinə "Alibaba" və "Baidu" servislərinə alqoritmlərin uğurlu tətbiqi ilə cavab veriblər", – o vurğulayıb.
 
Bununla yanaşı, E.Şmidt çoxdan məlum olan gənc mütəxəssislərin cəlb olunması üsulunun tərəfdarı olduğunu bildirərək şəbəkə texnologiyaları və süni intellekt sahəsində mütəxəssisləri ABŞ-a dəvət etməsini qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>