Kompüter klaviaturası virtual reallığa keçirilib – VİDEO

Fərdi kompüterlər üçün yardımçı qurğuların istehsalı ilə məşğul olan "Logitech" şirkəti virtual reallıq kaskasında mətni yığaraq interfeysi idarə etməyə imkan verən fiziki klaviaturanın virtual reallığa inteqrasiyası sistemini hazırlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin təqdim etdiyi sistem prototipində "HTC Vive" virtual reallıq kaskası (klaviaturaya bərkidilən və onun kaskaya nisbətdə vəziyyətini izləməyə imkan verən xüsusi kontroller), eləcə də virtual reallıqda klaviatura modelləri və istifadəçi əllərini yaradan proqram təminatından istifadə olunur.

Nümayiş olunan videodan məlum olur ki, istifadəçi klaviaturanın virtual reallıqda göstərilməsi üçün bir neçə variant seçə bilər. Bundan başqa, proqram təminatı aktiv proqramda klaviatura kombinasiyalarında istifadə edilən klavişləri göstərməyə imkan verir.

Məlumata görə, hazırda sistemin beta versiyasını sınaqdan keçirən şirkət noyabrın ortalarınadək proqram tərtibatçılarından prototipin tədarükü üçün sifarişlərin qəbuluna başlamağı planlaşdırır. Sifarişlərin qəbulu dayandırıldıqdan sonra 50 tərtibatçıya "Logitech G" seriyalı klaviatura, kontroller və proqram təminatından ibarət dəstlərin göndərilməsi nəzərdə tutulur.

Sistemin kommersiya versiyasının istehsal müddəti barədə məlumat verilmir. Dəstin qiyməti 150 dollar təşkil edəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kompüter klaviaturası virtual reallığa keçirilib

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>