Yeni “IBM FlashSystem” saxlanmanı ucuzlaşdıracaq

"IBM" korporasiyası "FlashSystem" məlumat saxlama sistemlərinin model sırasını yeniləyərək "IBM Cloud" ictimai "bulud" sistemi və müəssisə sistemləri arasında məlumatların göndərilməsi üçün nəzərdə tutulan yeni "Spectrum Virtualize" proqram paketini təqdim edib.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, "FlashSystem" məlumat saxlama sistemlərinin üzərində qurulduğu "FlashCore" texnologiyalarında hazırda daha çox məlumat yazma sıxlığına malik həcmli üçsəviyyəli xana fləş-yaddaş toplayıcısı (3D TLC) tətbiq edilib. Aparat sürətləndiricisi ilə məlumatların sıxılması isə sistemlərin iş səmərəliliyini daha da artırıb. Bundan başqa, "Docker" və "Kubernetes" konteynerlərinin saxlanılması dəstəklənməyə başlanıb, "SKLM" şifrləmə açarları idarəetmə sistemlərinin dəstəklənməsi genişləndirilib, yeni "FlashSystem 900" inzibatçılıq interfeysində isə məhsuldarlıq və cari proseslər barədə informasiya bir ekranda toplanıb. Bundan əlavə, "FlashSystem A9000" və "A9000R" məlumat saxlama sistemlərində miqyası genişləndirilən "IBM Hyper-Scale" platformasında istifadə və etibarlılıq imkanları artırılan yeni funksiyalar tətbiq edilib.

Bütün yeni texnologiyalar "VersaStack" konvergent infrastrukturu sistemlərinə daxil edilib. Korporasiya, həmçinin hibrid "bulud" məlumat saxlama xidmətlərindən faktiki istifadəyə görə yeni ödəniş variantları təklif edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>