“Eşq-i Nigar” adlı tamaşa təqdim olunacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və  Bakı Yunis Əmrə İnstitutu birgə  türk dünyasının ortaq qəhrəmanı "Koroğlu" dastanının motivləri əsasında "Eşq-i Nigar" adlı tamaşa hazırlayır.

Artıq "Eşq-i Nigar" tamaşasına ictimai baxış keçirilib. Tamaşada teatrın aktyorları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Eyvaz İbrahimov, Ramiq Nəsirov, İlham Əsədov, Anar Seyfullayev, Ramil Məmmədov, Elgün Yəhyayev və Vahid Orucoğlu çıxış ediblər.

Tamaşanın səhnə redaksiyasının müəllifi Amalya Ömərova, quruluşçu rejissoru Ayla Həşimova, plastik həlli Ceyhun Dadaşovdur.

Yeni layihə – tamaşa noyabr ayının 14-də saat 19:00-da ilk dəfə geniş ictimaiyyətə və teatrsevərlərə təqdim ediləcək.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>