Oksana Rəsulova Elşadın onu döyməsindən danışdı – VİDEO

Xəbər verdiyimiz kimi, oktyabrın 27-də rəqqasə Oksana Rəsulova Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, həmin gün saat 01:00 radələrində yaşadığı evdə keçmiş həyat yoldaşı, əvvəllər məhkum olunmuş reper Elşad Əliyev (Elşad Xose) tərəfindən xuliqanlıq zəminində döyüldüyünü və bıçaqla hədələndiyini deyib.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq)  maddəsi ilə cinayət işi başlanılıb, E.Əliyev saxlanılaraq istintaqa cəlb olunub. İstintaq orqanı tərəfindən hər iki şəxsin ifadələri alınıb, müvafiq ekspertizalar təyin olunub. Məhkəmə tibbi ekspertizası tərəfindən O.Rəsulovanın aldığı xəsarətin yüngül dərəcəli olduğu müəyyənləşib.

Keçmiş həyat yoldaşı tərəfindən döyülməsi barədə ilk dəfə "Xəzər maqazin"ə açıqlama verən Oksana Rəsulova bunları deyib: "Bu, mənə məxsus olan problemdir. Heç kimin həyatını müzakirə etmək olmaz. Bir də gördünüz ki, ailə həyatı qurdum. Kişidən asılı olmayan qadınam. Bəzi kişilər məndən asılı olur", – deyə o bildirib.

Videonu izləmək üçün şəklə klikləyin:

Oksana Rəsulova Elşadın onu döyməsindən danışdı

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>