Azərbaycan mahnısı “O Ses Türkiye”də anonim kimi göstərildi:

Ötən axşam "O Ses Türkiye" mahnı müsabiqəsinin növbəti buraxılışı yayımlanıb.

Milli.Az xəbər verir ki, Oğuzhan Özdemir adlı iştirakçı bağlamada "Yandırdın qəlbimi aman" adlı Azərbaycan xalq mahnısı ilə münsiflərin önündə çıxış edib. O, Gökhan və Yıldız Tilbeni özünə tərəf döndərməyi bacarıb. Lakin mahnı "anonim" olaraq qeyd edilib.

Gökhan "Bu əsər ilk dəfə çalındı burada, düzdürmü, Tarık usta?" deyə soruşub. Orkestrin rəhbəri Gökhanın sözlərini başı ilə təsdiq edib.

Yarışın ən zarafatcıl münsifi mahnının kimə aid olduğunu soruşduqda isə iştirakçı "Bir çox sənətçidən dinlədim, amma kimə aid olduğunu mən də dəqiq bilmirəm" deyib. Yıldız Tilbe bu mahnının Azərbaycan mahnısı olduğunu bildirərək, düzəliş edib.

Həmin kadrları təqdim edirik:

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycan mahnısı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>