Cəlilabadda avtomobilin vuraraq öldürdüyü şəxsin kimliyi bilindi

Cəlilabadda avtomobilin vurması nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib.

Milli.Az report.az-a istinadən bildirir ki,  bu, Zaqatala rayonunun Maku kənd sakini, 54 yaşlı Cəbrayıl Seyfulla oğlu Rəhimovdur.

Onun cəsədi Məhkəmə Tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücüsü hələlik müəyyənləşdirilməmiş avtomobil yolu keçmək istəyən piyada C. Rəhimovu vuraraq hadisə yerindən uzaqlaşıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən həmin avtomobilin və sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>