Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Nəvə nənəsini öldürdü -

15:27

Şəkidə 1938-ci il təvəllüdlü Nüvər İbrahimxəlil qızı Sadıqovanın qız nəvəsi tərəfindən qətlə yetirilməsinin təfərrüatları məlum olub.

Milli.Az report.az-a istinadən bildirir ki, cinayəti törədən 30 yaşlı Reyhan Davudovadır.

O, ruhi xəstədir və xəstəliyi ilə bağlı bir neçə dəfə müalicə olunub. Hadisə baş verən vaxt R. Davudova evdə nənəsi ilə tək olub. O, ilk öncə nənəsini boğub, daha sonra çəkiclə qoca qadının başına bir neçə dəfə zərbə endirib.

R.Davudova qətli törətdikdən sonra taksiyə əyləşərək polis şöbəsinə gedib və törətdiyi cinayəti etiraf edib.
Nüvər Sadıqova dəfn edilib. Qeyd edək ki, yaxın günlərdə N. Sadıqovanın digər nəvəsinin toy mərasimi olacaqdı.  

———–

11:15

Şəkidə 79 yaşlı nənə nəvəsi tərəfindən qətlə yetirilib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 11-i axşam saatlarında Şəki şəhəri, Giləkli küçəsi 23 ünvanında baş verib.

1938-ci il təvəllüdlü Nüvər İbrahimxəlil qızı Sadıqova qız nəvəsi tərəfində qətlə yetirilib.
 
Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>