Hakim boşadığı qadınla öpüşərkən yaxalandı -

Türkiyənin Kayseri şəhərində maraqlı hadisə baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, 5-ci Ailə Məhkəməsinə müraciət edən əcnəbi vətəndaş A.Ç həyat yoldaşından boşanmaqla bağlı tələb irəli sürüb. Hakim V.Ö qadının tələbini təmin edib və əri E.Ç-nın ona 6 ay müddətinə yaxınlaşmaması ilə bağlı qərar qəbul edib. Bundan sonra hakimlə qadın arasında isti münasibətlər yaranıb və onlar "WhatsApp" proqramı vasitəsi ilə danışmağa, bir-birinə fotolar göndərməyə başlayıblar. Oktyabrın 31-də isə hakim V.Ö-nün sədrliyi ilə keçirilən iclasda boşanma qərarı rəsmiləşib. Bundan sonra hakimlə boşanan qadın Kayseridəki restoranlardan birində görüşüb. Daha sonra parkda gəzintiyə çıxan cütlüyün öpüşdüyünü görən qadının keçmiş əri E.Ç isə onlara hücum edib. O, hakimi bıçaqlayıb.

Xəstəxanaya düşən hakim baş verənləri gizlətməyə çalışsa da, buna nail ola bilməyib. Türkiyə Ədliyyə Nazirliyinin qərarı ilə işdən çıxarılan hakim daha ucqar bölgə olan Diyarbəkirə göndərilib.

Milli.Az 

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>