Telman İsmayılov ortağını onunla gəliri bölməmək üçün öldürtdürüb – ŞOK İTTİHAM

2016-cı ildə Moskva vilayətində içində 2 cəsəd olan avtomobil tapılıb.

Milli.Az xəbər verir ki, öldürünlənlərdən biri Telman İsmayılovun əvvəlki iş ortağı olub.

İstinaq nəticəsində İsmayılovun qardaşı Rafiq və qətli həyata keçirən Mehman Kərimov şübhəli şəxs qismində dindirilib. Mehman qətlin sifarişçisinin Telman İsmayılov olduğunu etiraf edib.

Tədqiqatçılara görə, İsmayılov ortağı ilə daşınmaz əmlak satışından gələcək gəliri bölməmək üçün onu aradan qaldırmağa qərar verib.

Azərbaycanlı biznesmenin vəkili isə Mehmanın bütün danışdıqlarını uydurduğunu, Telman və Rafiq qardaşlarının günahsız olduğunu deyib.

Adil Nəcəfov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>