Dövlət Bayrağı günü münasibəti ilə konsert keçirildi – FOTO

9 Noyabr Dövlət Bayrağı günü münasibəti ilə  Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi Mərkəzi Mədəniyyət Evi və Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə iş üzrə mərkəzin birgə təşkilatçılığı ilə konsert proqramı keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Mədəniyyət Evinin direktoru Şahin Səmədov qonaqları salamlayaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzaladığını və9 noyabr tarixinin ölkəmizdə hər il təntənəli sürətdə qeyd edildiyini xüsusi vurğulayıb. Konsertdə Binəqədi qəsəbə YAP-nın sədri Ağabala Musayev, "N" saylı hərbi hissənin zabit və əsgər heyəti, Binəqədi rayonunda yerləşən mədəniyyət müəsissələrinin işçiləri, qəsəbə sakinləri iştirak ediblər.

Tədbirin aparıcısı Humay Muxtarova bayram münasibəti ilə hər kəsi təbrik edərək bugünün yaranma tarixindən ətraflı məlumat verib. Daha sonra müğənnilər Rahidə Baxışova, Çinərə Bəkirova, Elvin Mirzəzadə, Həmidə Hüseyn, Aygün Məmmədli, Nejla Mirzəyeva, Elvin Abbasov, Kamil Cəfərov və Mədəniyyət Evinin "Pöhrə" rəqs qrupu konserti daha da rəngarəng ediblər.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>