8 yaşlı qız əməliyyat masasında dünyasını dəyişdi – YENİLƏNİB – VİDEO – FOTO

22:05

8 yaşlı qız narkoz verildikdən sonra həyatını itirib.

Milli.Az bildirir ki, hadisə Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinində baş verib. Uşağın atası, Sumqayıt şəhər sakini Sübhan Kərimov deyir ki, qızı iki ay bundan öncə qəfildən özündən gedib. Sumqayıt şəhər Uşaq xəstəxanasına gətirilən Şölə Kərimovaya müayinədən sonra böyrək çatışmazlığı diaqnozu qoyulub və müalicə üçün Bakıya yazılıb.

Bir neçə yerdə müalicə alan uşaq sonradan yenidən Sumqayıt şəhər Uşaq xəstəxanasına gətirilib. Burada isə dializ zamanı uşağın qolunda olan kataterdə qüsur aşkarlanıb. Kataterin dəyişdirilməsi üçün uşaq Səhiyyə Nazirliyinin göndərişi ilə Toçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə aparılıb. Sübah Kərimov iddia edir ki, sözügedən xəstəxananın həkimi Eldar Əliyev 8 yaşlı Şölə Kərimovanı heç bir müayinə etmədən ona narkoz verib. Nəticədə uşaq aldığı yüksək narkozun təsirindən dünyasını dəyişib.

Uşağın valideyni həmçinin iddia edir ki, uşaq dünyasını dəyişəndən sonra Patoloji Anatomiya Birliyində müayinədən keçmədən kəfənə bükülərək ailəsinə təhvil verilib. İndi ata qızının ölümündə günahı olan hər kəsin cəzalandırılmasını istiyir.

Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Yusif Əliyev isə iddiaların yalan olduğunu və uşağın əməliyyata aparılamazdan əvvəl bütün müayinələrdən keçrildiyini bildirdi. Onun sözlərinə görə, xəstə əməliyyat olunmamışdan qabaq onun valideyinlərinə bu əməliyyatın uşağın həyatı üçün təhlükəli olacağı barədə xəbərdarlıq edilib. Hətta uşağın valideyinləri razılıq üçün qol da çəkiblər.

Məsələyə Səhiyyə Nazirliyi də münasibət bildirib. Qurumdan bildiriblər ki, hadisə ilə bağlı nazirliyin müvafiq şöbəsi tərəfindən araşdırmaya başlanılıb. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:

8 yaşlı qız əməliyyat masasında dünyasını dəyişdi

———

17:30

Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində ölüm hadisəsi baş verib.

Milli.Az xeberle.com-a istinadən xəbər verir ki, valideynləri bu hadisənin həkim səriştəsizliyi ucbatından olduğunu iddia edirlər. Belə ki, böyrək çatışmazlığından əziyyət çəkən 8 yaşlı Kərimova Şölə Sübhan qızı əməliyyat aparılmazdan öncə katater qoyulması üçün anestezloqun verdiyi narkozdan sonra həyatını itirdiyi bildirilir. Valideynlərinin verdiyi xəbərə görə, 8 yaşlı Şölə Səhiyyə Nazirliyinin göndərişi ilə bu xəstəxanada pulsuz müalicəyə gətirilib: "Həkim Eldar Əliyev əvvəldən müalicənin pulsuz həyata keçirildiyini bildiyi üçün bizimlə kobud rəftar edirdi. Sonra da körpəni əməliyyata götürdülər ki, daimi katater qoysunlar. Uşağın ürəyini yoxlamadan ona narkoz veriblər. Elə o anda da uşaq keçinib".

Məsələ ilə bağlı sözügedən xəstəxananın baş həkimi Yusif Əliyev ilə əlaqə saxladıq. Y.Əliyev Xeberle.com-a bildirdi ki, ölüm hadisəsi həkim səhvi ucbatından baş verməyib: "Belə xəstələr çox ağır qrup xəstələr hesab olunurlar. Böyrək çatışmazlığı çox ciddi bir xəstəlikdir və uşaqlarda çox az rast gəlinir. Xəstə bütün müayinələrdən keçib və mənim sifarişim əsasında Səhiyyə Nazirliyindən permanent katater gətirilib. Əməliyyatı Tibb elmləri namizədi, etibarlı mütəxəssis, böyük elmi işçi və Moskvada permanent katater qoyulmasının kursunu keçib sertifikatı olan bir insan, Eldar Əliyev edib.

Ümumiyyətlə, permanent katater qoyulması açıq ürək əməliyyatından da riskli bir əməliyyatdır. Ona görə də bizdə permanent kateter anju aparatının altında qoyulur. Bu da elə bir aparatdır ki, onun dörd monitoru var və əməliyyatın gedişi boyunca xəstənin bütün göstəriciləri gözünün qarşısında olur.

Katateri yeridəndə ürəkdə fibrilyasiya olub və ürək dayanıb, aparılan reanimasyon tədbirlər isə heç bir nəticə verməyib. Dünya statistikasında da 3-5 faiz hallarda permanent katater qoyulmasında ölüm riski var". 

Qeyd edək ki, Ş.Kərimova Sumqayıt şəhərində yaşayırdı. 2-ci sinifdə oxuyan Ş.Kərimova bir ildən artıqdır böyrək xəstəliyindən əziyyət çəkirmiş. Mərhum bu gün dəfn olunub. 
Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>