Həftəsonu ADGTT-da 7 tamaşa nümayiş olunacaq

Həmişə olduğu kimi bu həftə də  ADGTT-da uşaqlar və böyüklər üçün maraqlı repertuar tərtib edilmişdir.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, məktəb yaşlı tamaşaçılar oktyabrın 20, 21, 22 "Əlincə qalası", "Tıq-tıq xanım", "Çirkin ördək balası" tamaşalarını izləyə biləcəklər. Tamaşalar hər gün saat 12:00 və 14:00-da nümayiş olunacaq. Böyüklər üçün isə oktyabrın 21-də Ə.B. Haqverdiyevin "Pəri Cadu", 22-də Ə.Əmirlinin "Mən səni sevirəm" tamaşaları təqdim ediləcək.

Tamaşalarda Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Elşən Rüstəmov, Almaz Mustafayeva, Nicat Kazımov, Kəmalə Hüseynova, Naibə Allahverdiyeva, Nofəl Vəliyev, Leyli Vəliyeva, Şəfəq Vəliyeva, aktyorlardan Mehriban Abdullayeva, Elşən Rüstəmov, Anar Seyfullayev, Müşfiq Əliyev  və teatrın sevilən aktyorları iştirak edir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>