Neft Fondu Avstraliyada yeni əmlak alıb? -

Bu gün bir sıra KİV-lərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Avstraliyada yeni daşınmaz əmlak almasına dair məlumat yayılıb.

ARDNF məsələyə münasibətini açıqlayıb.

Fonddan Milli.Az-a daxil olan məlumatda bildirilir: 

"ARDNF daşınmaz əmlak portfelinin coğrafi mövqe, kapital strukturu, daşınmaz əmlak aktivlərinin növü və aktivlərin risklilik dərəcəsi üzrə diversifikasiyasının təmin olunması məqsədilə 2015-ci ildən başlayaraq Amerika, Avropa və Asiya və Sakit Okean Hövzəsi regionlarının inkişaf etmiş bazarlarında fəaliyyət göstərən, müxtəlif strategiyalarla, müxtəlif daşınmaz əmlak sektorlarına yatırım edən dünyanın qabaqcıl özəl daşınmaz əmlak fondlarına investisiyalar həyata keçirməkdədir. ARDNF tərəfindən Avstraliyada birbaşa daşınmaz əmlaka investisiya yatırılmamışdır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>