Müsəlman bayramları: olsun, olmasın -

Almaniyanın daxili işlər naziri Tomas de Mezyerin ölkənin bir sıra bölgələrində İslam bayramlarının qeyd olunması barədə təklifini Almaniya Katoliklərinin Mərkəzi Komitəsi dəstəkləyib.

Milli.Az Deutsche Welle-yə istinadən bildirir ki, komitənin sədri Tomas Şternberq deyib: "Çoxsaylı dini icmaların olduğu ölkəmizdə yerli sakinlər arasında müsəlmanların çox olduğu yerlərdə bayramların qeyd edilməsi Almaniyanın xristian ənənələrinə xələl gətirməyəcək. Bayramlar təqvimi muzey eksponatı və ya istirahət günlərinin sıralaması yox, Avropa dəyərlərinin zənginliyidir".

Fəqət almanların əksəriyyəti ölkədə müsəlman bayramlarının qeyd edilməsinə qarşıdır. Bild qəzetinin sifarişi ilə İnsa sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri belədir. Respondentlərin 70 faizi DİN başçısı T. de Mezyerin təklifinə qarşı çıxıblar.

DİN başçısının mənsub olduğu Xristian-Demokrat İttifaqı (CDU) partiyası da bu təklifi qətiyyətlə pisləyib.

Almaniyada hazırda 4,5 milyon müsəlman yaşayır ki, bu da ölkə əhalisinin 5,5 faizidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>