Müğənninin ərini gözünün qabağında döydülər – FOTO

Müğənni Banu Parlak ötən gün böyük şok yaşayıb. Əriylə birgə avtomobilləri ilə yol gedərkən Parlakın əri iki şəxs tərəfindən döyülüb.

Milli.Az Sabah-a istinadən xəbər verir ki, dodağına dörd tikiş atılan Okan Öztürk polisə şikayət edib. Öztürk polisə verdiyi ifadəsində bir maşından yol istədiyini və avtomobildəki təxminən 20 yaşlı iki gəncin onları maşınla kənara sıxdığını, daha sonra isə onu təhqir etdiklərini deyib.

Okan Öztürkü müğənni həyat yoldaşı Banu Parlakın yanında döyən və saxlanılan iki şübhəli prokurorluğun qərarı ilə sərbəst buraxılıb.

Banu Parlak yaşananlarla bağlı bunları deyib: "Həqiqətən çox qorxunc bir olay yaşadıq. Ərimə qarşı bu cinayəti törədənlərin sərbəst buraxılması yolverilməzdir. Bu olay bir qadın olaraq mənim də başıma gələ bilərdi. Bunu düşünmək daha da üzücüdür. Hətta ərimlə də danışdım, ən qısa zamanda müdafiə məqsədiylə bir döyüş idman növü ilə məşğul olmaq istəyirəm. Ən azından bu məni bir az rahatladar".

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>