AMOLED ekranlı ən populyar 5 smartfon -

AMOLED ekranlar qiymətləri istisna olmaqla, populyar İPS ekranlar qarşısında bir sıra üstünlüklər əldə ediblər. Ancaq bir çox smartfon istehsalçıları daha çox "Samsung" şirkətinin istehsal etdiyi AMOLED ekranlardan istifadə etməyə çalışırlar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  "Samsung" matrisaları daha enerji effektivlidir, yaxşı görüntü bucaqlarına, dərin ağ-qara və açıq rənglərə malikdirlər.
 
"Samsung" şirkətinin ekranlarının daha bir üstünlükləri sırasına onun əyilə bilməsinin də əlavə etmək olar ki, bu da "Galaxy" seriyasından olan smartfonlarda sübut edilib. "AKKet" portalının mütəxəssisləri Rusiya smartfon bazarını təhlil ediblər və AMOLED ekranla təqdim edilən ən populyar 5 cihazın siyahısını müəyyən ediblər.
 
Siyahıya "Samsung Galaxy S8" smartfonu başçılıq edib. Bu smartfonu hazırda dünyada ən yaxşı smartfon elan etmək mümkündür. Hazırda bu cihazı Rusiyada 36 min rubla və ya 1 069 manata əldə etmək mümkündür.
 
İkinci yerdə 2017-ci il istehsalı olan "Samsung Galaxy A5" smartfonu gəlir. Onun qiyməti isə 17 500 rubl və ya 519 manat təşkil edir.
 
Üçüncü yer "Samsung Galaxy S8+" smartfonuna məxsusdur. Cihaz xüsusiyyətlərinə görə reytinqin liderini təkrarlayır. Burada istisna ancaq onun ölçüləri və batareyasının həcmidir.
 
Populyarlıqda dördüncü yeri ötən ilin flaqmanı "Samsung Galaxy S7" smartfonu tutub.
 
Siyahını "Samsung Galaxy J7" smartfonu qapayır. Bu isə adı çəkilən smartfonlar arasında ən ucuzu hesab edilir. Onun Rusiyada qiyməti 15 400 rubl və ya 458 manat təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>