“Facebook”da yemək sifarişi funksiyası işə salındı

ABŞ-ın "Facebook" şirkətinin nümayəndələri sosial şəbəkə istifadəçilərin restorandan evə yemək sifariş etməsinə kömək edəcək xüsusi proqram tərtib ediblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu ayın 14-də bu funksiya rəsmi olaraq fəaliyyətə başlayıb.
 
Beləliklə, "Facebook"da yemək çatdıran şirkətlərlə rəqabət aparmamaq qərarı verilib, əksinə, onlarla əməkdaşlıq ediləcək. Məsələn, sosial şəbəkə "DoorDash", "ChowNow", "Olo", "Panera" və "Papa John's" kimi restoranlar şəbəkələri və təşkilatlarının tərəfdaşı olub.
 
İstifadəçilər yeməklərin çatdırılması funksiyasını dəstəkləyən bütün restoranlar şəbəkəsindən istifadə edə bilərlər. Amerika əhalisi üçün yeməyin evə çatdırılması seçimi mümkündür. Bundan başqa, onlar öz seçimlərini özləri də gəlib götürə bilərlər. "Facebook"un yeniliyini aktivləşdirmək üçün "Delivery.com" portalında şəxsi profilə malik olmaq lazımdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>