ABŞ UNESСO-dan çıxdı

ABŞ UNESСO-da çıxdığını elan edib.

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, ABŞ Dövlət Departamenti bu barədə qərarı qurumun baş direktoru İrina Bokovaya bildirib.

Dövlət Departamentinin məlumatda bildirilir ki, ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESСO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə, sadəcə, müşahidəçi missiyasını yerinə yetirəcək.

Öz növbəsində, İ. Bokova ABŞ-ın bu qərarından təəssüfləndiyini qeyd edib.

Qeyd edək ki, Fələstin 2011-ci ildə UNESCO-ya tamhüquqlu üzv qəbul olunub. ABŞ buna etiraz olaraq UNESCO-nun maliyyələşdirilməsini dayandırıb.

2016-cı ilin payızında isə UNESCO İcraiyyə Komitəsi Fələstin və Misirin təklif etdiyi, yəhudi xalqının Yerusəlimdəki məşhur "Əl-Aksa" məscidinə ("Məbəd dağı") aiddiyyəti olmadığına dair qətnaməni qəbul edib.

ABŞ-ın UNESCO-dakı nümayəndəsi isə bu qətnaməyə qarşı çıxıb.

ABŞ-ın "Foreigh Policy" nəşri bir neçə gün əvvəl ABŞ-ın anti-İsrail qətnamələrinə etiraz olaraq UNESCO-dan çıxacağını elan edəcəyini yazmışdı.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>