Artrit xəstəliklərindən əziyyət çəkənlərin sayı 2 dəfə çoxalıb

2016-cı ildə akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) 221 xəstə, bu ilin 9 ayı ərzində 142 xəstə müxtəlif mənşəli artrit xəstəliklərindən stasionar müalicə alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Respublika Klinik Xəstəxanasında Ümumdünya artrit xəstəliyi ilə mübarizə gününə həsr edilmiş tədbirdə deyilib.

Tədbirdə qeyd edilib ki, artrit oynaqda yaranan iltihabi prosesdir. Bu proses nəticəsində oynaq şişir, hərəkət məhdudluğu yaranır. Artritin əlamətləri şişkinlik, oynaqların formasının dəyişməsi, ağrı, oynaq səthinin qızarması, hərəkət məhdudluğudur:

"Dünyada 10 milyonlarla insan artritin bu və ya digər növlərindən əziyyət çəkir. Son 20 ildə artrit xəstəliklərindən əziyyət çəkənlərin sayı 2 dəfə çoxalıb. Artritlər müxtəlif yaş qrupunda olan insanlarda rast gəlinə bilər. Ancaq yaşlı adamlarda daha çox müşahidə olunur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>