Ümumi İqtisadi Tarazlıq Modeli hazırlanır – FOTO

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) ümumi tarazlıq modeli hazırlanır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Bildirilir ki, İİTKM-də Ümumi İqtisadi Tarazlıq Modeli işlənilir.

Bu kontekstdə Asiya İnkişaf Bankı Qazaxıstanın Astana şəhərində, Nazarbayev Universitetində Ümumi Tarazlıq Modeli (CGE) haqqında seminar təşkil edib. Seminarda İİTKM-nin Layihələr departamentinin rəhbər əvəzi Rəşad Hüseynov və Strateji Təhlil və Planlaşdırma Meneceri Vüsalə Cəfərova iştirak edirlər.

Qeyd edək ki, Asiya İnkişaf Bankının Ümumi Tarazlıq Modelinin (CGE) makroiqtisadi təhlillərdə istifadəsi və tətbiqi ilə bağlı seminarı İİTKM-də müvafiq modelin qurulmasına əlavə töhvə olacaqdır. Bu model sahələr arası qarşılıqlı əlaqələri, regional münasibətlərin səviyyəsini araşdırmağa, sosial-iqtisadi göstəriciləri hesablamağa, orta və uzunmüddətli proqnozlar verməyə imkan verir.

Astanada keçirilən seminarda Avstraliyanın Viktoriya Universitetinin professoru Mark Horic, eləcə də Asiya İnkişaf Bankının Departament rəhbərləri Edimon Gintinq və Dipsa Vijerasna, Nazarbayev Universitetinin professoru Janna Kapsalyamova məruzələr oxuyacaqlar.

İİTKM-in departament rəhbərinin əvəzi R.Hüseynovun sözlərinə görə, seminarda Azərbaycanda Ümumi İqtisadi Tarazlıq Modelinin inkişaf etdirilməsi üçün müzakirələr də aparılır. R.Hüseyov bildirib ki, beynəlxalq ekspertlərin Ümumi İqtisadi Tarazlıq Modelinin qurulması işinə cəlb edilməsi, modelin adekvatlığını daha da artıracaq.

Seminarda Azərbaycan nümayəndələrindən başqa, Qazaxıstan və Qırğızıstanın dövlət orqanlarının, beyin mərkəzlərinin və akademik qurumların təmsilçiləri iştirak edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>