Növbəti iPhone daha populyar olacaq

Bir çox mütəxəssislər bildirirlər ki, məhz "iPhone X" bu nəsildən olan smartfonların satışında partlayış yaradacaq və yeni rekord qeydə alınacaq.

İKT.lent.az-ın "ixbt.com" saytına istinadən məlumatına görə, ancaq "KGI Securities" şirkətinin analitiki Minq-Çi Kuo (Ming-Chi Kuo) hesab edir ki, "Apple" üçün əsl "super dövrə" gələn il buraxılacaq növbəti smartfonun istifadəyə verilməsi ilə başlayacaq.

O bildirib ki, hələlik "iPhone X"in istehsalında mövcud olan problemlər gələn il aradan qaldırılacaq. Analitik əlavə edib ki, bu smartfonların tədarükü 2018-ci ilin birinci yarısında artacaq.

Bundan başqa, yeni "iPhone" smartfonları "iPhone X"dən daha uzun müddət satışda olacaq. Çünki 2018-ci ilin sentyabr ayında satışa çıxarılacaq. Bununla belə, onlar "iPhone X"-in bütün üstünlüklərinin saxlayacaq və daha müəyyən yeniliklər əldə edəcəklər.
 
Nəticədə "KGI Securities" hesab edir ki, bu il "iPhone"un tədarükləri 210-220 milyon ədəd təşkil edəcək. Gələn il isə bu rəqəm 245-255 milyon ədəd smartfon olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>