Muğam və balet ustalarının xatirəsinə həsr olunmuş tamaşalar təşkil olunub

Opera və Balet Teatrı vaxtilə bu Teatrda çalışan görkəmli vokal, muğam və balet ustalarının xatirəsinə həsr olunmuş tamaşalar təşkil etmək kimi faydalı ənənəsini davam etdirir. 

Opera və Balet teatrının mətbuat xidmətindən Milli.Az verilən məlumata görə, bu sıradan növbəti tamaşa oktyabrın 21-də keçiriləcək Müslüm Maqomayevin "Şah İsmayıl" operasının tamaşasıdır. Baba M.Maqomayevin qələmə aldığı opera bu dəfə nəvə Müslümün görkəmli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunacaqdır. Məlum olduğu kimi, istedadlı müğənni Opera və Balet Teatrımızın solisti olduğu illərdə onun repertuarındakı ən populyar partiyalardan biri də Aslan şah rolu olmuşdur. Və Teatr oktyabrın 21-də baş tutacaq tamaşanı müğənninin 75 illik yubilyinə həsr etmişdir. Tamaşada əsas partiyaları Əməkdar artistlər Təyyar Bayramov (Şah İsmayıl), İlahə Əfəndiyeva (Gülzar), Cahangir Qurbanov (Aslan şah", Afaq Ağayeva (Ərəbzəngi) ifa edəcəklər.

Dirijor Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>