Qobustanda AĞIR QƏZA:

Qobustan rayonunda yol qəzası baş verib, dörd nəfər xəsarət alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunda qeydə alınıb.

Belə ki, bu gün saat 18:00 radələrində Bakı istiqamətində hərkətdə olan "Nissan Teana" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı beton səddə çırpılıb. Nəticədə sürücü, Şəki rayon Zunut kənd sakini, 1990-cı il təvəllüdlü Həşimov Yusif Araz oğlu və avtomobildə olan 3 sərnişin – Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Nicat Bayram oğlu Şəhriyev, Qəbələ rayon sakini, 1991-ci il təvəllüdlü Cəlal İlqar oğlu Əmirov və 1993-cü il təvəllüdlü Cəlal Maarif oğlu Camulov ağır bədən xəsarətləri ilə Qobustan və Şamaxı rayonlarının xəstəxanalarına yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>