Qaxda FACİƏ: Gənc oğlan doğum günündə öldü

Bu gün Qax rayonunda elektrik cərəyanının vuraraq öldürdüyü gənclə bağlı bəzi təfərrüat məlum olub. 

Milli.Az report.az-a istinadən bildirir ki, Qax şəhər sakini, 1990-cı il təvəllüdlü Zakir Fikrət oğlu Əhmədov yaşadığı evin həyətində santexnik işləri görərkən ehtiyatsızlığın qurbanı olub.

Belə ki, Z.Əhmədov həyətdə plastmas boruları yapışdıran ütüdən istifadə edib işini yekunlaşdırarkən ehtiyatsızlıq edib. O, bir-neçə yerdən zədəli olan uzadıcı naqilin açıq hissəsinə əllə toxunub. Nəticədə yer nəm olduğundan elektrik cərəyanı onu vuraraq öldürüb.

Qeyd edək ki, Z.Əhmədov 1990-cı il oktyabrın 10-da Qax şəhərində doğulub və bu gün 27 yaşını tamam olurdu.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>