63 yaşlı kişi ağacdan yıxılaraq xəsarət alıb

Qaxda qoz ağacından yıxılan 63 yaşlı kişinin qabırğaları sınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, oktyabrın 8-i axşam saatlarında rayonun Şotavar kəndində, kənd sakini 1954-cı il təvəllüdlü Qeybu Seyfu oğlu Kərimov yaşadığı evin həyətyanı sahəsində qoz yığan zaman ağacdan yıxılıb.

63 yaşlı Qeybu Kərimov Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dan verilən məlumata görə, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Qeybu Kərimova döş qəfəsinin sağ payınında qabırğaların sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>