Avtobusu 120 ilə idarə edir: Gah sağ, gah da sol zolağa çıxır – Azərbaycanda – VİDEO

Növbəti avtobus sürücüsünün kobudluğu Bakı-Ələt-Qazax yolunda qeydə alınıb.

Milli.Az bildirir ki, şahidlərdən biri Bakıdan-Bərdəyə sərnişin aparan avtobus sürücüsünün sürət həddini aşması ilə əlaqədar həvəskar çəkiliş edib. Kadrlardan aydın olur ki, sürücü sərnişinlə dolu avtobusu, minik maşınları üçün maksimum sürəti saatda 110 kilometr olan yolda 120-lə idarə edir.

Arxadan gələn minik avtomobillərindən biri isə avtobusun sürücüsündən yol istədikdə isə sürücü eyni sürətlə yolunu dəyişərək sağa çıxır. Daha sonra isə yenidən sol zolağa qayıdaraq eyni sürətlə də yoluna davam edir.

Yol hərəkəti üzrə ekspert Ərşda Hüseynov da burda avtobus sürücüsünün kobud qayda pozuntusuna yol verdiyini deyir. Ekspert bildirdi ki, minik maşınları üçün sürəti saatda 110 kilometr olan yolda avtobuslar yalnız 90- sürətlə hərkət edə bilər. Belə olduqda sürücü bu hərəkəti ilə sərnişinlər üçün də təhlükə yaradır.

Əgər bu sürətlə sürücünün qarşısına hansısa bir mane çıxarsa yol nəqliyyat hadisəsinin baş verməsi qaçılmazdır. qeyd edək ki, bu cür qayda pozuntusuna görə inzibati xətalar məcəlləisində ə 50 manat və 2 balı nəzərdə tutulub. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Avtobusu 120 ilə idarə edir: Gah sağ, gah da sol zolağa çıxır - Azərbaycanda

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>