Yumurta bizim dostumuzdur

Yumurta çox dəyərli qida növlərindəndir ki, tərkibində vitaminlər, zülal və protein vardır.

Yumurta iştahanı azaldır.

100 qr. yumurtanın tərkibində 12, 5 qr. protein vardır. Proteinlərin əksər hissəsi bədən hüceyrələrinin fəaliyyətində iştirak edər. Protein iştahanın qarşısını alar. Mütəxəssislər bu fikirdədir ki, o kəslər ki, həftədə beş dəfə yumurta yeyər, başqaları ilə müqayisədə daha tez arıqlaya bilərlər.

Yumurta saç tökülməsinin qarşısını alır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yumurta saç tökülməsinin qarşısını alır və saçlar üçün çox faydalıdır. Yumurtanın tərkibində dəmir vardır. Oksigeni saçların kökünə ötürər. Bundan başqa, yumurtanın tərkibində sink və B8 vitamini vardır. Birincisi saçları uzadar və ikincisi isə tökülmənin qarşısını alar.

Yumurta xərçəng əleyhinədir.

Tədqiqatlar göstərir ki, yumurta sinə xərçəngi ilə mübarizə aparar. Harvard institutunda aparılan tədqiqatlar göstərmişdir ki, o insanlar ki, həftədə üç dəfə yumurta yeyir, daha az sinə xərçənginə düçar olurlar. Digər tədqiqatlar göstərmişdir ki, o xanımlar ki, daha çox yumurta yeyirlər, onlarda sinə xərçəngi riski 44% daha azdır.

Yumurtanın tərkibində D vitamini vardır.

Bir çox qidaların tərkibində bu vitamin yoxdur. Ancaq yumurtanın sarısında kifayət qədər D vitamini mövcuddur. Bu vitamin kalsiumun sümüklərdə qalmasına yardım edər və damar xəstəliklərinin, yüksək qan təzyqinin qarşısını alır. Ancaq çox təəssüf ki, qadınların bir çoxu D vitamini çatışmamazlığından əziyyət çəkirlər.

Yumurta görmə qabiliyyətini gücləndirər.

Yumurtanın tərkibində olan lutein maddəsi gözlərin qocalmasının və zəifləməsinin qarşısını alar. Tədqiqatlar göstərir ki, həftədə beş dəfə yumurta yemək göz damarlarına daha yaxşı qanın ötürülməsinə səbəb olar. Ona görə də yumurta yeməyi unutmayın.

Xolesterin.

Hər bir yumurtanın tərkibində 300 milliqr. xolesterin vardır. Ona görə də yumurta yemək insani ürək xəstəliklərindən qoruyar.

Yumurta və hamilə qadın.

Yumurtanın tərkibində fol turşusu olduğu üçün hamilə qadınlara çox faydalıdır. Xüsusilə də əvvəlki 3 ayda. Bundan başqa, yumurta hamilə qadına lazım olan vitaminlərlə zəngindir.

Yumurta beyin üçün faydalıdır.

Yumurtanın tərkibində colin maddəsi vardır ki, B vitamini ailəsindəndir. Ona görə də yumurtanın sarısı beyin üçün çox faydalıdır Aparılan tədqiqatlar göstərmişdir ki, colin maddəsi beyin hüceyrələrinin məhv olmasının qarşısını alır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>