Uşağını başqa məktəbə köçürə bilmir – VİDEO

Gəncədə məskunlaşan kəlbəcərli məcburi köçkün Ceyhun Alıyev bu il birinci sinifə gedən qızı Sənəmi internat tipli məktəbə qoyub. Eyni zamanda hazırda 29 nömrəli məktəbin 4-cü sinfində oxuyan böyük qızı Aygünü də həmin məktəbə köçürmək istəyir. Ancaq sənədlərini almaqda çətinlik çəkir.

Milli.Az bildirir ki, valideyn narahatdır ki, sənədlərin yeni məktəbə vaxtında təqdim edilməməsi qeydiyyatla bağlı problem yarada bilər.

29 nömrəli məktəbin direktoru Valeh Hüseynov isə deyir ki, sənədlərin verilməsi cəmi bir həftə gecikir. Bu isə tamamilə qanunauyğundur. Belə ki, məktəblər arasında şagirdlərin yerdəyişməsi üçün elan edilmiş vaxt sentyabrın 20-də başa çatıb. Qeydiyyat və dəqiqşləşdirmə işləri başa çatdıqdan sonra oktyabrın 1-də yenidən köçürmələr mümkün olacaq. Ceyhun Alıyev də qızının sənədlərini oktyabrın 1-də ala biləcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Uşağını başqa məktəbə köçürə bilmir

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>