Şeyx nə üçün və kimin hədəfindədir…

Son günlər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə medianın diqqət mərkəzindədir. Amma bu dəfə səbəb hansısa müəmmalı "fətva" və ya qeyri-adi açıqlama deyil. Şeyx adı daha çox kriminal xəbərlərdə hallanır.

Əvvəlcə şeyxin və qardaşının Çexiyada mülkləri, gənc bir qadın simasında şərikləri və ortaq biznesləri olması barədə xəbərlər yayıldı. Şeyxin ətrafı qəti şəkildə xəbəri inkar etsə də, inanan az oldu.

Milli.Az islam.az-a istinadən bildirir ki, daha sonra şeyxin oğlunun ailəsiylə birgə Azərbaycanı birdəfəlik tərk etdiyi barədə xəbərlər yayıldı, hətta yaxınları bunu təsdiq etdi. Sonradan QMİ bu xəbəri təkzib etsə də, yenə də müəmma qaldı.

Nəhayət bu gün Şeyxin qudasının oğlunun həbsi barədə xəbərlər yayıldı, ardınca quda bu işlərdə Respublikanın Baş Prokurorunu ittiham etdi.

Modern.az  saytına müsahibə verən "Atlas" araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu QMİ sədri ilə bağlı xəbərlərin ard-arda mediaya sızdırılmasının təsadüf olmadığını bildirdi: "Elə təəssürat yaranır ki, Şeyxi nə vaxtsa etdiyi ciddi səhvə görə cəzalandırırlar. Onda kino davam edir…".

Politoloqun söylədiklərinin  nə dərəcədə reallığa uyğun olmasını söyləmək çətindir. Amma şeyxə dair qeyd olunan məsələlərin məhz hakimiyyətə yaxınlığı ilə seçilən KİV-də işıqlandırması əsas verir ki, bu informasiya kampaniyasının arxasında ən azı hökumətdə təmsil olunan hansısa qüvvənin dayandığı qənaətinə gələk. Görünür həqiqətən hökumətdə kimsə Şeyxə qarşı əməlli başlı hərəkətə keçib. Yaxşısını isə Allah bilir…

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>