Futbol matçlarının biletləri və idman qəzetlərindən kolleksiya – VİDEO

Futbol matçlarının biletlərini və idmana aid qəzetləri toplayıb…

Milli.Az bildirir ki, Goranboy sakini olan 32 yaşlı Mehdi Səfərov maraqlı xobbisi ilə diqqət çəkir. O, futbol fanatı olmaq, oyunları izləyib çılğınlıq etməklə kifayətlənmir, həm də həmin oyunların biletlərini də toplayır.

Mehdi Səfərov 150-dən artıq futbol bileti, 300-ə yaxın müxtəlif idman qəzetini toplayıb. Kolleksiyaçı iştirak etdiyi oyunlarla yanaşı, xaricdə keçirilən milli komanda və müxtəlif klublarımızın biletlərini də əldə edə bilib.

Mehdi Səfərovun kolleksiyasına "Mançester Yunayted", "Borusiya Dortmund" kimi məhşur komandaların oyunlarının biletləri də var.

Kolleksiyaçı bilet toplamağa hələ 12 il öncə, tələbə olarkən Gəncədə keçirilən "Xəzər Lənkəran" – "Neftçi" matçından sonra başlayıb. "Qarabağ" və "Qəbələ" klublarının avroliqada uğurlu çıxışları isə həm Mehdini sevindirib, həm də kolleksiyasını zəngiləşdirib.

Oyunlardan sonra idman qəzetlərində manşetlər diqqət çəkdiyindən kolleksiyaçı onları da toplamağa qərar verib. Qəzetlərin arasında sırf futbola aid olanlar da var, ölkədə keçirilən mötəbər idman yarışları barədə xəbər yazılanlar da.

Xüsusi şəraitdə saxlanan biletlər kolleksiyaçı üçün ən dəyərli əşyalar sayılır. Onlar arasında 100-150 dollar qiyməti olanlar da var. Goranboy sakini topladığı biletləri gələcəkdə klubların müzeyinə təhvil vermək fikirindədir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Futbol matçlarının biletləri və idman qəzetlərindən kolleksiya yaradır

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>