Nurlana bütün peşmançılıqlarını YADA SALDI VƏ…

Tanınmış aparıcı Nurlana Cəfərova hesab edir ki, tənhalıq qadın üçün İlahidən göndərilən imtahandır.

Milli.Az xəbər verir ki, publika.az-ın "Üç nöqtə" layihəsinin növbəti qonağı olan aparıcı bildirib ki, yaxşı gündə də, pis gündə də gülümək şərtdir. Çünki hər şey müvəqqətidir.

- İndiki ağlım olsaydı…
– Pul yığmağı öyrənərdim.

- Zəmanət verə bilərəm ki…
– Sabah yenə gün çıxacaq.

- Dünyanı dəyişmək imkanım olsaydı…
– Müharibələri durdurardım.

- Kişilərə o qadınlar xəyanət etmir ki…
– Onların şərəfləri var.

- Kişilər o qadınlara xəyanət etmir ki…
– Hansılarını ki, həqiqətən sevirlər.

- Seviləsi qadın olmağın ilkin şərti…
– Səmimiyyətdir.

- Qadınlar yaşını ona görə gizlədir ki…
– Özləri bəzən xatırlamır.

- Qadına qarşı şiddət…
– Bağışlanmazdır.

- Vicdanıma and olsun ki…
– Heç kimə pislik arzu etmirəm.

- Mən təəssüf edirəm ki…
– Kitabımı yazıb bitirmək üçün vaxt tapa bilmirəm.

- Vanqa nənə ilə görüşsəydim…
– Ondan müsahibə alardım.

- Tənhalıq insan üçün lənətdir, yoxsa ki…
– İmtahan.

- Ən böyük səhvim o olub ki…
– Çox inanmışam.

- Kiminsə yalan danışdığını hiss edəndə…
– Daha ona etibar etmirəm.

- Riyakarlıqla üzləşəndə…
– Artıq təəccüblənmirəm.

- Tanrı insanları ona görə qeyri-bərabər yaradıb ki…
– Biriləri başqalarına kömək edib, bərabərliyi özləri yaratsınlar.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə…
– Bir az qorxuram.

- Günahlarım yadıma düşəndə…
– Hamı kimi mən də Tanrıdan bağışlanmağımı istəyirəm.

- İlahi ədalətə inancımı o zaman itirdim ki…
– Deyəcək şəxsi səbəbim yoxdur.

- Yaxşı gündə, pis gündə…
– Gülümsəyin! Hər şey müvəqqətidir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>