“Vicdan haqqı”nın Larisası mahnı oxudu – VİDEO

"Vicdan haqqı" serialının Larisası, aktrisa Çimnaz Sultanovanın gizlin qabiliyyəti üzə çıxıb. Belə ki, aktrisa, müğənni kimi özünü sınamağa başlayıb. O, Rusiyanın pop kraliçası Alla Puqaçovanın repertuarından olan məşhur "Milyon qızılgül" mahnısını oxuyub.

Gözəlliyi və səsi ilə Alla Puqaçovanı geridə qoyan cazibədar aktrisa həmin görüntüsünü sosial şəbəkədə paylaşıb.

Milli.Az bildirir ki, yenicag.az-a açıqlama verən aktrisa səsinin olduğunu və müğənniliyə böyük maraq göstərdiyini deyib:

"Videonu görənlər inanmırlar, elə bilirlər ki, fonoqramdır. Amma yox, özüm oxuyuram. Musiqini çox sevirəm və oxumaq mənim hobbimdir. Deyilənə görə, pis alınmır".

Aktrisa onu da bildirib ki, avqustun 18-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Retro" adlı konsert proqramında çıxış edəcək.

Həmin görüntünü təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Larisanın oxumağı da varmış

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>