Dəyərsiz bildiyiniz köhnə telefonların tərkibində qızıl var

Vaxtilə hamının əlində ağır, böyük ölçülü ancaq möhkəm olan köhnə nəsil mobil telefonlar indi müxtəlif məqsədlər üçün istifadə olunur.

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, həmin bu köhnə model mobil telefonlar aidiyyəti şirkətlər tərəfindən alınıb sxemi parçalanır.
Telefonun içində olan qızıl, gümüş və mis maddələr Yaponiya, Çin, Almaniya və Cənubi Koreya kimi texnologiya sahəsində inkişaf etmiş ölkələrdə xüsusi olaraq qurulmuş sexlərdə telefondan çıxarılır.
İnsanların dəyərsiz hesab etdiyi köhnə telefonlardan mobil telefon şirkətləri qazanc əldə edir. Bildirilir ki, köhnə telefonların tərkibində indikilərlə müqayisədə daha çox qızıl, gümüş və mis olub.
Hesablamalara görə, 7000 köhnə mobil cihazdan 1-2 kq qızıl, 2-3 kq gümüş və mis əldə etmək olur. Təxminən 7000 ədəd telefon təxminən 1 ton ağırlığındadı. İlk baxışdan bu maddələri telefondan ayırmaq çətin və uzun iş olduğu görünsədə, yuxarıda adlarını yazdığımız ölkələrdə bunu çox asan edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>